-
- 2-03-2024, 15:00
- 245
"Fələstin prezidenti Ankaraya gedəcək"
Fələstinin xarici işlər naziri Riyad əl-Maliki Antalya Diplomatik Forumunda çıxış edib.
News24.az xəbər verir ki, Maliki Fələstin prezidenti Mahmud Abbasın çərşənbə axşamı Ankaraya gələcəyini açıqlayıb.
Fələstinli nazir çıxışında "Türk xalqının və dövlətinin dəstəyinə görə minnətdarıq. Türkiyəyə humanitar yardımları və İsrailin insanlıq cinayətlərinə qarşı apardığı mübarizəyə görə təşəkkür edirik. Bilirik ki, Türkiyənin dəstəyinə hər zaman arxalana bilərik".
Müsəlman ölkələri və beynəlxalq ictimaiyyətin açıq mövqe tutmalı olduğunu bildirən Maliki belə davam edib: "İsrailin əsrlərdir davam edən mövcud vəziyyəti dəyişdirmək səylərini puç etməliyik".
Bundan sonra Qəzzada fəaliyyət göstərəcək yeganə səlahiyyətli və qanuni idarənin Fələstin rəhbərliyi olacağını söyləyən Maliki, "Qəzzədə də Qərb Şəriyədə olduğu kimi Fələstin rəhbərliyi olacaq" dedi.
“Avropa ölkələri təşəbbüsü ələ almalı və Fələstini tanımalıdır” deyən Maliki, “Ramazandan əvvəl atəşkəsə nail olmağı ümid edirik” dedi.
Günel Məlikzadə