-
- 2-03-2024, 15:30
- 471
FİFA-dan rəsmi açıqlama
FİFA prezidenti Canni İnfantino IFAB-ın hakimlərə etiraz etmək və ya aldatmaq məqsədi daşıyan hərəkətlərdə istifadə edilməsi üçün təklif etdiyi mavi kart tətbiqini dəstəkləmədiyini bildirib.
News24.az xəbər verir ki, İnfantino Şotlandiyada IFAB toplantısı öncəsi verdiyi açıqlamada "Mavi kartdan elit səviyyədə istifadə edilməyəcək. Bu, bizim üçün gündəmdə olmayan bir məsələdir. FİFA mavi vərəqənin tamamilə əleyhinədir. FİFA prezidenti olaraq mənim bu vəziyyətdən xəbərim yox idi” dedi.
Mövzuyla əlaqədar İnfantino da, "Biz hər zaman fikir və təkliflərə açığıq, amma oyunu qorumalıyıq" deyib.
Günel Məlikzadə