FİFA-dan göy vərəqə ilə bağlı açıqlama
    • 3-03-2024, 11:04
    • 323

FİFA-dan göy vərəqə ilə bağlı açıqlama


FİFA göy vərəqələrin qəti əleyhinədir.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bunu FİFA prezidenti Canni İnfantino deyib.

“Göy vərəqəyə qırmızı vərəqə göstərəcəyik. Heç vaxt. Biz İFAB-da, FİFA-da ideya və təkliflərin nəzərdən keçirilməsinə həmişə açığıq. Lakin bunlara nəzər salanda oyunu, onun mahiyyətini, ənənələrini müdafiə etməliyik. Göy vərəqə yoxdur”, - İnfantino bildirib.

Qeyd edək ki, bir müddət öncə tezliklə futbol oyununda göy vərəqənin tətbiq oluna biləcəyi ilə bağlı məlumat yayılmışdı.