-
- 4-03-2024, 08:01
- 6 641
Güclü zəlzələ oldu - Dağıntı və tələfat...
İndoneziyanın sahilində 5,5 maqnitudalı zəlzələ olub.
News24.az “Report”a istinadla xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Təbiət hadisəsinin episentri Sumatra adasında yerləşən Benqkulu (əhalisi 309 min) şəhərindən 224 km cənubda yerləşib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.
Dağıntı və tələfat barədə məlumat verilməyib. Regionda sunami təhlükəsi elan olunmayıb.