Rusiyada dəmir yolu körpüsü PARTLADILDI
    • 4-03-2024, 12:38
    • 226

Rusiyada dəmir yolu körpüsü PARTLADILDI

Rusiya Federasiyasının Samara vilayətində dəmir yolu körpüsündə partlayış baş verib.

News24.az xəbər verir ki, körpünün metal konstruksiyası və şlaqbaum zədələnib. Beton dayağa ziyan dəyməyib.

Məlumatda qeyd olunub ki, dağıntı səbəbindən dəmir yolu körpüsü bir neçə həftə işləməyəcək.

Ukraynanın Baş Kəşfiyyat İdarəsi partlayış faktını təsdiqlənib.