-
- 14-10-2020, 11:32
- 610
Xırdalan dairəsində yeni tikilən körpüdə işlər bitmək üzrədir - FOTOLAR
Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsünün metal konstruksiyalı aşırım tirlərinin montajı yekunlaşdırılaraq, tağ hissəsinin quraşdırılmasına başlanılıb. Bundan öncə isə körpünün monolit dəmir-beton dayaqlarının inşası aparılaraq yekunlaşdırılıb.
Bu barədə News24.az-a Azərbaycan Avtomibil Yolları Dövlət Agentliyindən bildirilib.
Məlumatda deyilir ki, köhnə dəmiryolu körpüsünün dayaqları yolun hərəkət hissəsində avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinə maneə törətdiyi üçün köhnə körpünün sökülərək əvəzinə yeni biraşırımlı tağlı dəmir yolu körpüsünün inşa edilməsi ilə bağlı qərar qəbul edilib. Yeni körpünün uzunluğu 68,5 metr, eni isə 12,7 metr təşkil edəcək.