İranda güclü zəlzələ oldu
    • 5-03-2024, 09:24
    • 2 336

İranda güclü zəlzələ oldu

İranın cənub-şərq bölgəsində 5,5 bal gücündə zəlzələ baş verib.

News24.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 13 min nəfər əhalisi olan Fanuc şəhərindən 50 km şimal-qərbdə yerləşib. Zəlzələ 10 km dərinlikdə yerləşir.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Mehriban Mirzəzadə