Zelenski prezident kimi görəcəyi ilk işi AÇIQLADI: Prezident Administrasiyanın işçilərini... - VİDEO
    • 22-04-2019, 11:20
    • 1 652

Zelenski prezident kimi görəcəyi ilk işi AÇIQLADI: Prezident Administrasiyanın işçilərini... - VİDEO

Ötün gün Ukraynada keçirilən prezident seçkilərində “Exit-poll”un nəticələrinə əsasən, seçkiləri qazanan aktyor Vladimir Zelenski qələbəsindən danışıb.

News24.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Zelenski qələbəsiylə bağlı hər kəsə təşəkkür edib: “Hamıya təşəkkür etmək istəyirəm ki, bu 4 ayı mənimlə oldunuz. Bugünkü nəticələr mənim yox, sizin işlərinizin bəhrəsidir. Biz birlikdə bunu etdik. Ən əsası, biz Ukraynanı, həyatımızı, xalqımızı birləşdirdik”.

Zelenski prezident olduqdan sonra görəcəyi “bir nömrəli iş”in Rusiyada həbs edilən dənizçilərin Ukraynaya qaytarılması olacağını bəyan edib. Bundan başqa, o, Prezident Administrasiyanın işçilərini ixtisara salacağını deyib.

Zelenski qələbə münasibətilə onu təbrik edən Poroşenkoya təşəkkürünü bildirib. Onun sözlərinə görə, Poroşenko yeni prezidentə istənilən zaman kömək edə biləcəyini bildirib. “Niyə də olmasın. Lazım gəlsə, məsləhət üçün Poroşenkoya müraciət edəcəm”.

NATO və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk V.Zelenskini Ukrayna prezidenti seçilməsi münasibəti ilə təbrik ediblər. 
 
Qeyd edək ki, bu gün Ukraynada prezident seçkilərinin ikinci turu keçirilib. “Exit-poll”un nəticələrinə görə, Zelenski 73%-dən çox səs toplayıb.