Ödənişli yolda ağır qəza - FOTO
    • 5-03-2024, 15:54
    • 199

Ödənişli yolda ağır qəza - FOTO

Bakı-Quba Rusiya sərhədi ödənişli avtomobil yolunda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

News24.az Trend-ə istinadən bildirir ki, hadisə yolun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

"Hyundai" markalı avtomobil idarəetmənin itirilməsi səbəbindən yolun kənarına aşıb. Qəza nəticəsində bir qadın hadisə yerində dünyasını dəyişib. Sürücü və avtomobildə olan iki sərnişin yaralanıb.

Yaralananlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.