-
- 5-03-2024, 17:45
- 395
Casper 40% artım gözləyir
Dünyada kompüter bazarı daralarkən Türkiyə dünyadan müsbət şəkildə fərqləndi və 2023-cü ildə 29 faiz böyüdü.
News24.az xəbər verir ki, Türkiyənin yerli kompüter və yan məhsul istehsalçısı "Casper" bu il artım hədəfini 40% olaraq açıqladı.
BloombergHT.com-a açıqlama verən Casper-in Əməliyyatlar üzrə Baş Müdir müavini Feray Karaman, artımın bu il hansı kateqoriyadan olacağı ilə bağlı dedi:
“Türkiyədə PC bazarı 2023-cü ildə dünyadan müsbət şəkildə fərqlənərək 29% artım göstərdi. Casper olaraq biz oyun qrupunda brendlərimiz və kompüterlərimizlə 64 faiz artım əldə etdik. 2024-cü ildə strategiyalarımızı inkişaf etdirməyə davam edirik. Bu il dizayn edəcəyimiz 15 yeni yuxarı seqment məhsulu ilə bazar payımızı artıraraq hədəfimiz olan 40 faizlik artım tempimizə çatacağıq".
Günel Məlikzadə