-
- 21-02-2024, 18:07
- 318
OECD-də zəif artım
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) açıqladığı aparıcı məlumatlara görə, G7 ölkələrində keçən ilin üçüncü rübündə 0,5% olan artım, son rübdə 0,4 faizə enib.
News24.az xəbər verir ki, G7 ölkələri arasında Almaniya, Yaponiya və Böyük Britaniyada iqtisadiyyat son rübdə müvafiq olaraq 0,3 faiz, 0,3 faiz və 0,1 faiz daralıb. Böyük Britaniya və Yaponiyada ardıcıl ikinci rübdür daralma müşahidə olunub.
Kanada və İtaliyanın iqtisadiyyatları müvafiq olaraq 0,4 faiz və 0,2 faiz artsa da, Fransa iqtisadiyyatı iki rüb ardıcıl olaraq böyüməyib. ABŞ-da üçüncü rübdə 1,2% olan iqtisadi artım dördüncü rübdə 0,8%-ə düşüb.
Müvafiq məlumatların mövcud olduğu digər OECD ölkələri arasında son rübdə Norveç və Kosta-Rikada iqtisadi artım müvafiq olaraq 1,5 faiz və 1,8 faiz olmuşdur. İrlandiyada iqtisadiyyat bu dövrdə 0,7% azalıb.
Avrozona iqtisadiyyatı son rübdə 0,5 faiz artıb. Belə ki, İƏİT ölkələrində iqtisadiyyat ötən ilin son rübündə üçüncü rübdə olduğu kimi 0,4 faiz artıb.
Günel Məlikzadə