İordaniya Qəzzaya humanitar yardım göndərdi
    • 5-03-2024, 19:45
    • 325

İordaniya Qəzzaya humanitar yardım göndərdi

Məsələ ilə bağlı İordaniya ordusunun rəsmi saytında açıqlama verilib.

News24.az xəbər verir ki, açıqlamada 8 təyyarənin “dost və qardaş” ölkələrlə birgə Qəzzanın şimalına ərzaq və humanitar yardım atdığı, İordaniya Silahlı Qüvvələrinin Kral Hərbi Hava Qüvvələrinə məxsus 3 ədəd C-130 tipli təyyarəsindən, həmçinin 3 ABŞ, 1 Misir və 1 Fransa təyyarəsi yardımın çatdırıldığı bildirilib.

“Bu, indiyə qədər həyata keçirilən ən böyük yardım əməliyyatıdır” və yardımın Qəzzanın şimalındakı müxtəlif nöqtələrə göndərildiyi bildirilib.

Açıqlamada həmçinin qeyd olunub ki, İsrail Qəzzaya hücumlara başladığı gündən bu yana 15-i dost ölkələrlə əməkdaşlıq çərçivəsində ümumilikdə 28 hava yardımı edilib.

İsrail Qəzzaya, xüsusən də şimala quru yardımının girişini əngəlləyir. Bu səbəbdən İordaniya ilə yanaşı Misir və bəzi ölkələr də Qəzzaya hava yolu ilə humanitar yardım çatdırıb.

Günel Məlikzadə