ABŞ Qəzzaya havadan humanitar yardım edəcək
    • 2-03-2024, 11:10
    • 283

ABŞ Qəzzaya havadan humanitar yardım edəcək

Bayden İtaliyanın Baş naziri Corciya Meloni Ağ Evdə qəbul edərkən mətbuat mənsubları ilə gündəmi dəyərləndirib.

News24.az xəbər verir ki, Bayden açıqlamasında yardım gözləyərkən İsrail tərəfindən güllələnərək öldürülən Qəzzalı mülki şəxslərlə bağlı bunları deyib: 

“Fələstinlilər humanitar yardıma çatmağa çalışarkən Qəzzanın şimalında baş verən hadisə faciəvi və qorxuludur. Oradakı can itkisi çox üzücüdür”. 

Günahsız insanların yemək tapmağa çalışarkən "müharibədə yaxalandığını" ifadə edən Bayden, "Köməyə çatmağa çalışarkən qarşılaşdıqları vəziyyəti gördünüz. ABŞ olaraq daha çox iş görməliyik və edəcəyik" dedi. 

"Yaxın günlərdə biz İordaniyaya qatılaraq (Qəzzəyə) humanitar yardım göndərməyə başlayacağıq" Bayden dedi.

Qeyd edək ki, Baydenin Qəzzaya havadan yardımla bağlı çıxışında Qəzza yerinə iki dəfə səhvən “Ukrayna” deməsi diqqət çəkib.

Günel Məlikzadə