İordaniyada hərbi təyyarə qəzaya uğradı: ölənlər var
    • 11-02-2024, 16:02
    • 183

İordaniyada hərbi təyyarə qəzaya uğradı: ölənlər var


İordaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində azı iki hərbçi həlak olub.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə ölkənin ordu komandanlığı məlumat yayıb.

Qeyd olunub ki, İordaniya Kral Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarələrindən biri uçuş zamanı qəzaya uğrayıb. Qəzada pilotlar, mayor Ömər Atta əl-Abadi və kapitan Məhəmməd Abdulla əl-Hudeyr həlak olub.

Hadisənin səbəbləri barədə məlumat verilmir.