Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib
    • 5-03-2024, 19:28
    • 241

Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib


Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 5-də respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

News24.az xəbər verir ki, sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 210 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 28 nəfəri Vətən müharibəsinin iştirakçısıdır.

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.