Argentina prezidenti Ukraynaya səfər edəcək
    • 6-03-2024, 10:20
    • 139

Argentina prezidenti Ukraynaya səfər edəcək

Argentina prezidenti Xavyer Mayli iyunda Ukraynaya səfər etməyi planlaşdırır.

News24.az xəbər verir ki, bu barədə Infobae portalı məlumat yayıb.

Məlmata  görə, Miley Avropaya səfəri zamanı Kiyevə gedəcək və bu səfər zamanı İspaniya, Almaniya və Fransaya da səfər etməyi planlaşdırır.

Qeyd edək ki, ötən il noyabrın 19-da seçildikdən sonra Mayli Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb və bu zaman onu Cənubi Amerika ölkəsində Ukrayna münaqişəsinin həlli ilə bağlı konfransa ev sahibliyi etməyə dəvət edib.

Mehriban Mirzəzadə