Conson növbəti dəfə Ukraynaya gedir
    • 13-01-2023, 09:05
    • 267

Conson növbəti dəfə Ukraynaya gedir

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson prezident Vladimir Zelenski ilə görüşmək üçün Ukraynaya səfər etməyi planlaşdırır.

News24.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb. 

Nəşrin məlumatına görə, hələlik səfərlə bağlı rəsmi məlumat yoxdur. Consonun sözçüsü şərh verməkdən imtina edib.

Bununla belə sabiq baş nazir dostlarına bildirib ki, o, yaxın aylarda Kiyevə səfər etmək niyyətindədir.

Nəşr yazır ki, ukraynalı mənbələr Consonun Kiyevə getmək məqsədini olduğunu təsdiqləyir, lakin tarixlərlə bağlı hələlik konkret məlumat yoxdur.

Bu, Boris Consonun Kiyevə dördüncü səfəri olacaq.

Teymur MƏMMƏDOV