İsveç bu tarixdə NATO-nun üzvü olacaq
    • 6-03-2024, 17:42
    • 200

İsveç bu tarixdə NATO-nun üzvü olacaq

İsveç mətbuatında yer alan məlumata görə, martın 11-də Belçikanın paytaxtı Brüsseldəki NATO qərargahında İsveçin üzvlüklə bağlı rəsmi mərasimi keçiriləcək.

News24.az xəbər verir ki, NATO-nun mənzil-qərargahında İsveç bayrağı qaldırılacaq. Beləliklə, İsveç Alyansın 32-ci üzvü olacaq.

Macarıstan Milli Assambleyası fevralın 26-da İsveçin NATO-da iştirakını təsdiqlədi və bununla da bütün müttəfiqlər üçün təsdiqləmə prosesi başa çatdı.

Qeyd edək ki, İsveç 18 may 2022-ci ildə NATO-ya üzvlük üçün müraciət edib.

Günel Məlikzadə