Finlandiya istəyinə çatdı, bu gün NATO-ya üzv olacaq
    • 4-04-2023, 10:28
    • 273

Finlandiya istəyinə çatdı, bu gün NATO-ya üzv olacaq

Finlandiya bu gün rəsmi olaraq NATO-ya daxil olacaq və alyansın 31-ci üzvü olacaq.

News24.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq dünən Brüsseldə mövzu ilə bağlı açıqlamalar verib.

“NATO-nun mənzil-qərargahında ilk dəfə olaraq həm Şimalın, həm də bütövlükdə NATO-nun təhlükəsizliyi üçün Finlandiya bayrağını dalğalandıracağıq. Nəticədə İsveç daha təhlükəsiz olacaq”, - deyə Stoltenberq bildirib.

Qeyd edək ki, Finlandiyanın NATO-ya üzvlüyünü təsdiq edən bayraq qaldırma mərasimi üzvlük sənədinin depozitə təhvil verilməsindən sonra NATO-nun mənzil-qərargahında keçiriləcək.