Kreml: "ABŞ Rusiyaya qarşı döyüşür"
    • 6-03-2024, 19:45
    • 147

Kreml: "ABŞ Rusiyaya qarşı döyüşür"

RİA xəbər agentliyinin məlumatına görə, Kreml öz bəyanatında ABŞ hökumətinin Ukraynada Rusiyaya qarşı müharibə apardığını iddia edib.

News24.az xəbər verir ki, Kremlin bəyanatına görə, Rusiya ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə etməyəcək.

Bəyanatda, həmçinin hərbi əməliyyatlar çərçivəsində Amerika istehsalı olan tank və təyyarələrin döyüş meydanında məhv edilməsinə davam ediləcəyi bildirilib.

Rusiyanın dövlət xəbər agentliyi TASS xəbər verir ki, Kreml bəyanatında həmçinin Rusiyanın Almaniyaya qarşı müharibə etmək istəmədiyi bildirilib.

Kremlin bəyanatında deyilir ki, “Qərb ölkələri Ukraynaya qoşun yeritmək ideyasını müzakirə etməklə odla oynayırlar”.

Günel Məlikzadə