G7 ölkələri toplandı: Rusiyaya qarşı sanksiyalar sərtləşəcək
    • 18-04-2023, 10:27
    • 247

G7 ölkələri toplandı: Rusiyaya qarşı sanksiyalar sərtləşəcək

G7 ölkələri Ukraynaya hücumlarını davam etdirən Rusiyanın iqtisadi sanksiyalardan yayınmasının qarşısını almaq üçün əməkdaşlığı artıracaq.

News24.az xəbər verir ki, G7 xarici işlər nazirləri Yaponiyanın Naqano əyalətinin Karuizava şəhərində görüşüblər.

Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatına görə, nazirlərin görüşündə Ukraynaya hücumlarını davam etdirən Rusiyaya qarşı sanksiyaların vacibliyi vurğulanıb.

Görüşdə Rusiyanın tətbiq olunan iqtisadi sanksiyalardan yayınması və Rusiyanın üçüncü dövlətlərdən hərbi yardım almasının qarşısını almaq üçün əməkdaşlığı genişləndirmək öhdəliyi götürülüb.

İclasda Rusiyaya qarşı cəza tədbirlərinin gücləndirilməsi və bu cəza tədbirlərinin tam və razılaşdırılmış şəkildə həyata keçirilməsi vəd edilib.