-
- 6-03-2024, 19:15
- 165
Argentinada milli xəbər agentliyi bağlanıb
Argentinada hökumət “Telam” Milli Xəbər Agentliyini bağlayıb.
News24.az xəbər verir ki, hökumət sözçüsü bildirib ki, agentlik ötən il 20 milyon peso və ya təxminən 23 milyon dollar itirib. Qərarla, xərcləri azaltmağı hədəflədikləri mesajı verildi.
Dekabrda vəzifəyə başlayan prezident Xavyer Milei qərarı elan edərkən çıxışında keçmiş prezident Cristina Fernandez de Kirchnerə istinad edib.
Prezident Milei, "Eyni şəkildə, son illərdə Kirchnerian təbliğat agentliyi kimi istifadə edilən Telam agentliyini bağlayacağıq" dedi.
Qeyd edək ki, 1945-ci ildə qurulan dövlət xəbər agentliyi olan Telam-ın 700 əməkdaşı var idi.
Qərardan sonra agentliyin qarşısı səhər saatlarında hasarlarla bağlanıb və giriş qapısına çoxlu sayda polis əməkdaşı yerləşdirilib.
İşçilərin binaya daxil olmasının qarşısı alınıb. Telam işçiləri mərkəzi binanın qarşısına toplaşaraq hökumətə etiraz ediblər.
Günel Məlikzadə