-
- 22-04-2019, 15:04
- 1 230
“Azərsu” 17-ci elektron xidmətini istifadəyə verib - FOTO
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən xidmətlərin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə "Abonentə aid ünvan məlumatlarının dəqiqləşdirilməsi” adlı yeni elektron xidməti istifadəyə verib. Sayca 17-ci olan bu xidmət vasitəsilə abonentlər “Azərsu” ASC-nin informasiya sistemlərindəki ünvan məlumatlarını dürüstləşdirə bilərlər.
“Azərsu” ASC-nin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, elektron xidmətdən istifadə etmək üçün www.azersu.az saytında “Elektron xidmətlər” bölməsindəki elektron xidmətlərin siyahısından "Abonentə aid ünvan məlumatlarının dəqiqləşdirilməsi" xidməti seçilməlidir. İstifadəçi şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil etdikdən sonra xidmətdən istifadə edə bilər.
Müraciət edən abonent tərəfindən aşağıda qeyd edilən məlumatlar sistemə daxil edilməlidir.
Müraciət icra olunduqdan sonra abonentin qeyd etdiyi telefon nömrəsi məlumatlandırma xidmətinə qoşulur. Gələcəkdə ərazi üzrə şəbəkə infrastrukturunda baş verən qəzalar və profilaktik işlər, həmçinin Cəmiyyət tərəfindən təqdim edilən xidmətlərdəki yeniliklər barədə abonent SMS vasitəsilə məlumatlandırılacaq.
Qeyd edək ki, hazırda “Azərsu” ASC tərəfindən 17 adda elektron xidmət göstərilir. 2018-ci ildə bu xidmətlərdən istifadə ilə bağlı 345 min, 2019-cu ilin birinci rübündə isə 33 min müraciət qeydə alınıb.

- Əhali və ya qeyri-əhali seçimi
- Abonent kodu
- Şəxsiyyət vəsiqəsinin FİN kodu
- Evin faktiki yerləşdiyi ünvanının xəritədə seçimi
- Evin faktiki yerləşdiyi ünvan
- Müraciət edilən abonentə aid mülkiyyəti təsdiq edən sənədin surəti
- Abonentin telefon nömrəsi və elektron poçt ünvanı
- Obyektin abonent kodu
- Obyektin VÖEN-i
- Obyektin faktiki yerləşdiyi ünvanının xəritədə seçimi
- Obyektin faktiki yerləşdiyi ünvan
- Müraciət edilən abonentə aid mülkiyyəti təsdiq edən sənədin surəti
- Müraciət edilən obyektin və ya müraciət edənin elektron poçt ünvanı və telefon nömrələri.