Mirzoyan: "Türkiyə ilə sərhədlərin açılmasını istəyirik"
    • 7-03-2024, 19:00
    • 185

Mirzoyan: "Türkiyə ilə sərhədlərin açılmasını istəyirik"

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 1-3 mart tarixlərində Türkiyə-Ermənistan normallaşma və Azərbaycan-Erməni sülh prosesi ilə bağlı sualları cavablandırıb və qiymətləndirmələr edib.

News24.az xəbər verir ki, ADF-dəki atmosferi dəyərləndirən Mirzoyan, "Antalya Diplomatik Forumu həqiqətən təsir edicidir. İkinci dəfə iştirak etmək şansım oldu. İlk dəfə iki il əvvəl iştirak etmişdim" dedi. 

Keçən il mərkəzi Kahramanmaraşda olan zəlzələlərə görə ADF-nin təşkil olunmadığını xatırladan Mirzoyan zəlzələdən sonra Türkiyəyə gəldiyini, zərər çəkmiş bölgələrə və Ankaraya getdiyini bildirib.

Mirzoyan xatırladıb ki, Ermənistanla Türkiyə arasında normallaşma prosesi üçün xüsusi nümayəndələr təyin edilib və xüsusi nümayəndələrin üz-üzə və telefon əlaqəsi var.

Ararat Mirzoyan prezident Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışıqları olduğunu bildirib və “Daimi təmas var və bunlar müsbət dinamika verir” deyib.

Günel Məlikzadə