-
- 3-11-2023, 11:24
- 220
Türkiyə-Ermənistan sərhədi bu şəxslər üçün AÇILACAQ
“Xüsusi qruplar üçün Ermənistan-Türkiyə sərhədi açılacaq”.
News24.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə 2024-cü il büdcəsinin müzakirəsi zamanı deyib.
O, Ermənistan və Türkiyə arasında normallaşma prosesinin Ermənistan üçün çox vacib olduğunu bəyan edib.
“Mən nikbin formada bildirmək istəyirəm ki, Ermənistan-Türkiyə dövlətlərarası quru sərhədi xüsusi bir qrup insan üçün açılacaq. Bununla bağlı saziş var və yaxın gələcəkdə müsbət xəbərlər ola bilər”, - Mirzoyan bildirib
O, Ermənistanın dörd qonşu ölkə ilə normal münasibət qurulmasında maraqlı olduğunu bildirib.
Akqabay