-
- 7-03-2024, 15:10
- 547
Manatın məzənnəsi ilə bağlı vacib AÇIQLAMA
Devalvasiya ilə bağlı Azərbaycanda heç bir fundamental əsas yoxdur. Əgər Mərkəzi Bank kapital hərəkəti ilə bağlı adekvat siyasət həyata keçirərsə, nə yaxın, nə də orta müddətli perespektivdə Azərbaycanda devalvasiya təhlükəsi ola bilməz”.
News24.az bildirir ki, bunu Bakupost.az -a açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov deyib.
Ekspert bildirib ki, devalvasiyaya şərait yaradan fundamental amil xarici ticarətdəki kəskin mənfi saldo ola bilər. Bu isə müşahidə edilmir. Bununla bağlı yaxın və orta müddətli perespektivdə risklər də hiss olunmur:
“Ölkənin suveren qızıl valyuta ehtiyatları da onu deməyə əsas verir ki, hansısa problem yaranarsa, onun qarşısı alına bilər. Ona görə də müvafiq adekvat pul kredit siyasəti, kapital hərəkətinin tənzimlənməsi şəraitində Azərbaycanda nə yaxın, nə də orta müddətli perespektivdə devalsiyanı gözləmək olmaz”.