ABŞ-ın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
    • 7-03-2024, 20:40
    • 263

ABŞ-ın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı

ABŞ-ın Moskvadakı səfiri Lin Treysi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. 

News24.az xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada, səfir Treysinin nazirliyə çağırıldığı və ABŞ-ın 3 qeyri-hökumət təşkilatının, yəni Beynəlxalq Təhsil, Mədəniyyət Perspektivləri üzrə Amerika Şurası və Beynəlxalq Təhsil İnstitutunun tanınması barədə məlumat verildiyi bildirilib. 

Bəyanatda iddia edilib ki, Rusiyada fəaliyyət göstərən bu təşkilatlar “Səfirliyin dəstəyi ilə təhsil və mədəniyyət mübadiləsi adı altında anti-Rusiya proqram, layihələrinin həyata keçirilməsi üçün təsir agentləri cəlb etmək məqsədi daşıyır”.

Bəyanatda bu təşkilatlara hər cür dəstəyin dayandırılması ilə bağlı səfirliyə nota verildiyi vurğulanıb və deyilir: “Rusiya Federasiyasının daxili işlərinə qarışmaq cəhdlərində, o cümlədən təxribat hərəkətlərində iştirak edən ABŞ səfirliyinin əməkdaşları seçkilər və xüsusi hərbi əməliyyatlar kontekstində dezinformasiyanın yayılması hətta persona non qrata kimi deportasiyaya səbəb ola bilər".

Günel Məlikzadə