Evə gizli kamera quraşdırdı, arvadının hərəkətindən şoka düşdü - FOTO
    • 13-05-2024, 20:00
    • 201

Evə gizli kamera quraşdırdı, arvadının hərəkətindən şoka düşdü - FOTO

Əri üçün hazırladığı qəhvənin içərisinə kimyəvi maddə əlavə edərək ona qəsd etməyə çalışan qadın həbs olunmayıb.

News24.az Milli.Az-a istinadla bildirir ki, ABŞ-nin Arizona ştatında yaşayan 40 yaşlı Melody Felicano Johnson hakim qarşısında ərini zəhərlədiyini etiraf edib. O, hərbçi ərini öldürmək istədiyini dilə gətirib.

2023-cü ildə baş verən olaya görə saxlanılan qadının məhkəməsi ötən gün baş tutub.

Qeyd edək ki, kişi həyat yoldaşının hazırladığı qəhvənin dadından şübhələnməyə başlayıb və evə gizli kamera quraşdırıb. Kamerada qadının kofeyə yuyucu toz əlavə etməsi düşüb.