-
- 8-03-2024, 14:43
- 332
Bu ölkələrdə 6 bal gücündə zəlzələ oldu
Bu ölkələrdə 6 bal gücündə zəlzələ oldu8 Mart 2024 14:00İndoneziya və Filippin sahilləri yaxınlığında 6 maqnitudalı zəlzələ baş verib.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların mərkəzi Filippinin Mindanar adasında yerləşən 105 min əhalisi olan Mati şəhərindən 146 km cənub-şərqdə olub. Zəlzələnin ocağı 125 km dərinlikdə yerləşib.
İtkilər, xəsarət alanlar və dağıntılar barədə informasiya yayılmayıb. Sunami təhlükəsi elan edilməyib.