Çamadanından 22 kiloqram marixuana çıxdı
    • 8-03-2024, 18:40
    • 230

Çamadanından 22 kiloqram marixuana çıxdı

Adana İl Təhlükəsizlik Müdirliyi Narkotik Cinayətlərlə Mübarizə Şöbəsi qrupları, Tarsus-Adana-Qaziantep (TAG) avtomobil yolunun İncirlik tətbiq nöqtəsində sərnişin avtobusunu saxlayıb və narkotik detektoru iti ilə axtarış aparıb.

News24.az xəbər verir ki, detektor itinin reaksiya verdiyi çamadana baxış zamanı 22 kiloqram marixuana götürülüb.

Çamadanın sahibi Mehmet K. polis qrupları tərəfindən saxlanılıb.

Polis bölməsindəki əməliyyatların ardından ədliyyəyə sövq edilən şübhəli, növbətçi cinayət işi üzrə Sülh hakimliyi tərəfindən həbs edilib.

Günel Məlikzadə