-
- 19-02-2021, 13:03
- 548
Evindən 5 kiloqram marixuana tapıldı - FOTO
Polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı 5 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb.
DİN mətbuat xidmətindən News24.az-a narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşının alınması istiqamətində mübarizə tədbirlərini davam etdirirlər.
Belə ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş vətəndaş Sərxan Bağırov saxlanılıb. Onun üzərinə və yaşadığı evə baxış zamanı ümumilikdə 5 kiloqram 175 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Saxlanılan şəxs narkotik vasitəni həm şəxsi istifadəsi, həm də ki, satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Qeyd edilən faktla bağlı S.Bağırov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və o tutularaq istintaqa cəlb olunub. Cinayət işi üzrə zəruri istintaq və narkotik vasitənin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.