112,5 milyon lirəlik qaçaqmalçılıq
    • 8-03-2024, 19:10
    • 240

112,5 milyon lirəlik qaçaqmalçılıq

Türkiyə Ticarət Nazirliyinin Gömrük Mühafizə qrupları tərəfindən 3 ayrı məntəqədə qaçaqmalçılıq əməliyyatı keçirilib.

News24.az xəbər verir ki, əməliyyatlar çərçivəsində Mersin Limanında bazar dəyəri təxminən 75 milyon lirə olan müxtəlif növ ticarət malları, Kapıkule Gömrük Qapısında təxminən 22 kiloqram kokain, Habur Gömrük Qapısında çörəyin içinə gizlədilmiş 1 kiloqram qızıl ələ keçirilib.

Ümumilikdə təxminən 112,5 milyon lirəlik qaçaqmalçılığın qarşısı alınıb.

Ticarət Nazirliyindən verilən açıqlamada bildirilib ki, “Gömrük Mühafizə bölmələri əhalinin sağlamlığına və ölkə iqtisadiyyatına təhlükə yaradan hər cür qanunsuz fəaliyyətə qarşı 7 gün, 24 saat mübarizəni davam etdirir”.

Günel Məlikzadə