Külli miqdarda pulu Azərbaycandan apara bilmədi
    • 8-07-2022, 15:12
    • 261

Külli miqdarda pulu Azərbaycandan apara bilmədi

Xarici valyutanın qanunsuz olaraq ölkə ərazisindən çıxarılması cəhdinin qarşısı alınıb.

News24.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, “Xanoba” gömrük postunda Rusiyaya gedən Azərbaycan vətəndaşının idarə etdiyi  “İveco” markalı yük avtomobilinə baxış keçirilib. Sürücü avtomobildə 1000 dollar (təxminən 1700 manat) və 58000 rus rublu (təxminən 1566 manat) olduğunu bəyan edib.

Yoxlama zamanı isə nəqliyyat vasitəsinin salonunda, sənədlər üçün nəzərdə tutulan çantanın içərisində gömrük nəzarətinə bəyan edilməyən 19000 ABŞ dolları (təxminən 32 min 300 manat) aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.