-
- 9-03-2024, 19:50
- 434
S&P bu ölkənin kredit reytinqini aşağı saldı
S&P-nin verdiyi açıqlamada Ukraynanın borcların restrukturizasiyası ilə bağlı rəsmi danışıqlara başlayacağı və bu ilin ortalarında prosesi başa çatdıracağı bildirilib.
News24.az xəbər verir ki, açıqlamada Ukraynanın xarici kommersiya öhdəliklərini yerinə yetirə bilməyəcəyinin demək olar ki, dəqiq olduğu və nəticədə ölkənin xarici valyutada uzunmüddətli kredit reytinqinin “CCC”-dən “CC”-yə endirildiyi bildirilib.
Xarici valyutada kredit proqnozunun mənfi, yerli valyuta üzrə proqnozun isə sabit olduğu qeyd edilib.
Ukraynadakı müharibənin aktiv fazasının ən azı 2024-cü ilin sonuna qədər davam edəcəyinin güman edildiyi ifadə edilib və hökumətin Beynəlxalq Valyuta Fondunun (BVF) tənzimləmələri çərçivəsində xarici kommersiya borcunun yüngülləşdirilməsinə çalışdığı xatırladılıb
Bəyanatda vurğulanıb ki, müharibə ciddi şəkildə böyüməsə, Ukrayna iqtisadiyyatının ortamüddətli perspektivdə orta hesabla 4-5 faiz artacağı proqnozlaşdırılsa da, müharibədən əvvəlki səviyyəyə qayıtmaq mümkün görünmür.
Günel Məlikzadə