-
- 2-03-2024, 12:15
- 456
"Moody's" bu bankın kredit reytinqini aşağı saldı
"Moody's" tərəfindən edilən açıqlamada, "New York Community Bank" və onun törəməsi olan Flagstar Bank-ın bütün uzunmüddətli, bəzi qısamüddətli reytinq, qiymətləndirmələrinin aşağı salındığı bildirilib.
News24.az xəbər verir ki, New York Community Bank-ın uzunmüddətli kredit reytinqinin Ba2-dən B3-ə, Flagstar Bank-ın isə Ba2-dən Ba3-ə endirildiyi qeyd edilib.
Kredit reytinqi agentliyinin bəyanatında qeyd olunub ki, sözügedən bankların bütün uzunmüddətli reytinqlərinin daha da aşağı salınması üçün monitorinqi davam edir.
Sözügedən reytinqlərin aşağı salınması Nyu York İcma Bankının yanvarın sonunda dərc edilmiş balans hesabatında sürpriz itkini elan etdikdən sonra fevralın 29-da rəhbərlikdə dəyişiklik etdikdən sonra baş verib.
Bundan əlavə, bank dördüncü rübün maliyyə nəticələrinə dəyişikliklər edib və daxili risklərin idarə edilməsi ilə bağlı açıqlama əlavə edib.
Günel Məlikzadə