Oğrular akulanı uşaq arabasına qoyub, qaçırdılar
    • 31-07-2018, 17:57
    • 825

Oğrular akulanı uşaq arabasına qoyub, qaçırdılar

San-Antonioda maraqlı oğurluq hadisəsi baş verib.

News24.az-ın məlumatına görə, iki kişi və bir qadın şəhərdəki okeanariumdan Miss Helen adlandırılan dişi akulanı qaçırıblar.

 Polislər bir gün ötmədən oğruları aşkarlayıblar. Məlum olub ki, onlar 40 sm. uzunluğundakı akulanı evlərindəki kolleksiyanı zənginləşdirmək üçün qaçırıblarmış.

Oğruların evində okean canlılarından ibarət kolleksiya tapılıb. Onların hamısının oğurluq olduğu aşkarlanıb.

İlhamə