Könül Kərimova Məhəbbət Kazımova görə göz yaşı axıtdı - VİDEO
    • 22-04-2019, 19:08
    • 2 173

Könül Kərimova Məhəbbət Kazımova görə göz yaşı axıtdı - VİDEO

ATV-də aparıcı Nanə Ağamalıyevanın təqdimatında yayımlanan “Nanəli” verilişinin bu dəfəki buraxılışı mərhum ifaçı Məhəbbət Kazımova həsr edilib.

News24.az xəbər verir ki, verilişdə M.Kazımovun oğlu Rəşid Kazımov da iştirak edib.

Proqram əməkdar artist Ağalar Bayramovun Ramiz Qusarçaylıya aid olan “Bir şeir ağladım” adlı şeirini səsləndirməsi ilə başlayıb.

Daha sonra isə əməkdar artist Nigar Şabanova və opera səhnəsinin yeni “Leyli”si olan Rəvanə Əmiraslanlı “Belə qəmli dayanma” mahnısını duet şəklində ifa ediblər.

Veriliş Sevinc Sarıyeva, Eldəniz Məmmədov, Rəvanə Qurbanova, İsmayıl Rəcəbov, Elnarə Abdullayeva, Pərviz Qasımov, Mirələm Mirələmov, Zakir Əliyev, Könül Kərimova, Tacir Şahmalıoğlunun ifaları ilə davam edib.

Könül Kərimova Məhəbbət Kazımovla bağlı xatirəsini bölüşərkən göz yaşlarını saxlaya bilməyib. O, ilk dəfə ölüm xəbərini eşidəndə buna inanmadığını bildirib:

“Mən heç vaxt bilməzdim ki, sən bu qədər tez dünyanı dəyişəcəksən. Mən səni polad kimi əyilməz bilirdim. Gözləmirdim. Ölüm hara, sən hara...”

Qeyd edək ki, "Nanəli" verilişinin informasiya dəstəyi News24.az saytına məxsusdur.