Azərbaycan cüdoçusu Qran-pridə gümüş medal qazanıb
    • 9-03-2024, 20:46
    • 432

Azərbaycan cüdoçusu Qran-pridə gümüş medal qazanıb


Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev (73 kq ) Avstriyanın Linz şəhərində keçirilən Qran-pridə gümüş medal qazanıb.

News24.az "Report"a istinadla xəbər verir ki, idmançı finalda Moldova təmsilçisi Adil Osmanova uduzub.

Bu gün mübarizəyə qoşulan Aytac Qardaşxanlı (63 kq) mükafat əldə edə bilməyib.

Ötən gün Gültac Məmmədəliyeva və Aydan Vəliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar.

Qeyd edək ki, martın 10-da Camal Qamzatxanov (+100 kq) qüvvəsini sınayacaq. Turnirdə 82 ölkədən 568 idmançı iştirak edir