Taekvondoçularımız Qran-pridə iştirak edəcək
    • 29-08-2023, 15:58
    • 186

Taekvondoçularımız Qran-pridə iştirak edəcək

Azərbaycan parataekvondoçuları Fransada keçiriləcək Qran-pridə iştirak edəcəklər.

News24.az Report-a istinadən xəbər verir ki, baş məşqçi Fərid Tağızadə G6 kateqoriyalı yarışda yığmanın 3 üzvünə şans verəcək.

Avqustun 30-da başlayacaq Qran-pridə Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) mübarizə aparacaqlar.

Hər 3 idmançı K-44 kateqoriyasında qüvvəsini sınayacaq.