Braziliyalı futbolçu “Turan Tovuz”a qələbə QAZANDIRDI
    • 10-03-2024, 18:00
    • 282

Braziliyalı futbolçu “Turan Tovuz”a qələbə QAZANDIRDI


Azərbaycan Premyer Liqasında XXVI tur davam edir.

News24.az "Unikal"a istinadla xəbər verir ki, daha bir oyun keçirilib.

Günün ilk matçı Tovuzda oynanılıb. Yerli “Turan Tovuz” “Araz-Naxçıvan”ı qəbul edib. Qarşılaşmanın taleyini son 15 dəqiqədə vurulan qollar həll edib. 78 və 80-ci dəqiqələrdə vurduğu qollarla dubla imza atan braziliyalı hücumçu Aleks Souza “Turan Tovuz”a 2:0 hesablı qələbə qazandırıb.

Bu qalibiyyət sayəsində yeddinci pillədəki tovuzlular xallarının sayını 35-ə çatdırıblar. Naxçıvan təmsilçisi isə 31 xalla səkkizinci yerdə qalıb.