General-mayor olan polkovnik kimdir?
    • 11-03-2024, 15:54
    • 242

General-mayor olan polkovnik kimdir?

Xəbər verdiyimiz kimi, İlham Əliyevin sərəncamı ilə polkovnik Elçin Əli oğlu Məmmədova "general-mayor" ali hərbi rütbəsi verilib.

News24.az axar.az-a istinadən bildirir ki, Elçin Əli oğlu Məmmədov ötən il Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi təyin edilib.

O, DQ-nin N saylı hərbi hissəsinin komandiri olub.

General-mayor Elçin Məmmədov bundan öncə "Vətən uğrunda" medalına layiq görülüb.