Rusiya gəmiləri İrana nə üçün gəlib?
    • 11-03-2024, 16:32
    • 182

Rusiya gəmiləri İrana nə üçün gəlib?

Rusiya donanmasına məxsus gəmilər “Dəniz təhlükəsizliyi zonası - 2024” birgə hərbi dəniz təlimlərində iştirak etmək üçün İran İslam Respublikasının Çexbehar limanına gəlib.

News24.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərin praktiki hissəsi Ərəb dənizində, Oman körfəzinin sularında baş tutacaq. Təlimlərin əsas məqsədi dəniz təsərrüfat fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi təcrübəsidir.

Təlimdə həmçinin İran və Çin donanmalarının gəmiləri, motorlu qayıqları və dəniz aviasiyaları da iştirak edəcək. 

Pakistan, Qazaxıstan, Azərbaycan, Oman, Hindistan və AAU-nun Hərbi Dəniz Qüvvələrinin nümayəndələri isə təlimdə müşahidəçi qismində çıxış edəcəklər.