-
- 26-01-2024, 17:30
- 182
Pakistan Hərbi Dəniz Qüvvələri Ərəb dənizində təlimlərə başladı
Pakistan Hərbi Dəniz Qüvvələri döyüş hazırlığını və strateji imkanları qiymətləndirmək üçün Ərəb dənizində genişmiqyaslı Sea Spark 2024 təliminə başlayıb.
News24.az xəbər verir ki, bu barədə İslam Respublikası Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsi (ISPR) məlumat yayıb.
Təlim Hərbi Dəniz Qüvvələri, Dəniz Təhlükəsizliyi Agentliyi, Xüsusi Təyinatlı Qüvvələr və Dəniz Piyadaları Korpusunun bütün aktivlərindən istifadəni əhatə edir.
Məlumata görə, təlim planı artilleriya atəşi, saxta düşmənin suüstü gəmiləri və sualtı qayıqlarına qarşı əməliyyatlar, həmçinin amfibiya enişlərinin həyata keçirilməsini nəzərdə tutur.
Qeyd edək ki, “Sea Spark 2024” təlimi regional sülh və təhlükəsizliyi gücləndirmək üçün Pakistanın Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və Ordusunun operativ qarşılıqlı fəaliyyət qabiliyyətini artıracaq.
Mehriban Mirzəzadə