Qardaş bacısını qanına qəltan etdi - BALAKƏNDƏ DƏHŞƏT / VİDEO
    • 12-03-2024, 09:44
    • 3 877

Qardaş bacısını qanına qəltan etdi - BALAKƏNDƏ DƏHŞƏT / VİDEO

Balakən rayon sakini Adil Sayılov bacısı, 1961-ci il təvəllüdlü Həlimət Məmmədovaya kəsici alətlə xəsarət yetirib.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, qadın xəstəxanaya yerləşdirilib və hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.

Vurğulanıb ki, faktla bağlı müvafiq ekspertiza təyin olunub, əməli törədən A.Sayılov şübhəli şəxs qismində saxlanılıb və hazırda araşdırmalar davam etdirilir.