İlham Əliyev Füzulidə Tokayevi qarşıladı
    • 12-03-2024, 11:19
    • 180

İlham Əliyev Füzulidə Tokayevi qarşıladı

Azərbaycan Respublikasında dövlət səfərində olan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev martın 12-də Füzuli rayonuna gəlib.

News24.az AZƏRTAC-a istinadla xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşıladı.