-
- 12-03-2024, 17:39
- 563
OPEC-in neft hasilatı 26,5 milyon barrelə çatdı
OPEC-in aylıq neft bazarı hesabatına görə, fevral ayında xam neft hasilatı ən çox müvafiq olaraq Liviya, Nigeriya və Səudiyyə Ərəbistanında artıb. İran hasilatın ən çox azaldığı ölkələr sırasında olub. Sözügedən ölkəni sırasıyla İraq, Küveyt və Ekvatorial Qvineya izlədi.
News24.az xəbər verir ki, gündəlik neft hasilatı Liviyada 144 min barel, Nigeriyada 47 min barel, Səudiyyə Ərəbistanında isə 18 min barel artıb. Eyni dövrdə neft hasilatı İranda 15 min barel, İraqda 14 min barel, Küveytdə 8 min barel, Ekvatorial Qvineyada isə 4 min barel azalıb.
OPEC-in xam neft hasilatı fevral ayında əvvəlki ayla müqayisədə gündəlik 203 min barrel artaraq təxminən 26 milyon 570 min barrelə çatıb.
Xam neftə tələbatının bu il ötən illə müqayisədə 1 milyon 100 min barrel artaraq gündəlik 28 milyon 500 min barrelə çatacağı təxmin edilir. Gələn il bu rəqəmin gündəlik 28 milyon 800 min barel olacağı gözlənilir.
Qeyd edək ki, ötən ay dünyada qazma quyularının sayı 21 ədəd artaraq 1885-ə çatıb. Qazma qurğularının sayı OPEC ölkələrində 7, qeyri-OPEC ölkələrində isə 14 ədəd artıb.
Günel Məlikzadə