-
- 13-02-2024, 17:29
- 273
OPEC-in neft hasilatı azalıb
OPEC-in aylıq neft bazarı hesabatına görə, xam neft hasilatı yanvar ayında ən çox azalan Liviya, Küveyt, İraq və Əlcəzairdə olub. Birləşmiş Ərəb Əmirlikləri hasilatın artdığı ölkələr sırasında olub. Bu ölkəni qrupun ən böyük istehsalçısı Səudiyyə Ərəbistanı izlədi.
News24.az xəbər verir ki, gündəlik neft hasilatı Liviyada 162 min barel, Küveytdə 109 min barel, İraqda 98 min barel, Əlcəzairdə 46 min barrel azalıb. Eyni dövrdə Birləşmiş Ərəb Əmirliklərinin gündəlik hasilatı 31 min barel, Səudiyyə Ərəbistanının hasilatı isə 25 min barel artıb.
OPEC xam neftinin ümumi qlobal hasilatdakı payı ötən ay əvvəlki ayla müqayisədə 0,2 faiz azalaraq 25,9 faizə çatıb.
Bu il OPEC-in xam neftinə tələbatın ötən illə müqayisədə gündəlik 1 milyon barel artaraq 28,4 milyon barrelə çatacağı gözlənilir. Gələn il bu səviyyənin sutkada 28,8 milyon barrelə yüksələcəyi proqnozlaşdırılır.
Ötən ay dünyada qazma quyularının sayı 63 ədəd artaraq 1864-ə çatıb. Qazma qurğularının sayı OPEC ölkələrində 12, qeyri-OPEC ölkələrində isə 51 ədəd artıb.
Günel Məlikzadə