-
- 12-03-2024, 20:15
- 233
İrandan ABŞ-a 2,5 milyard dollarlıq cəza
İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Tehran Beynəlxalq Hüquq Məhkəməsi terror aktı qurbanlarının qohumları və terror aktını törədənlərin yaxınları da daxil olmaqla 116 nəfərin açdığı iş üzrə ABŞ hökumətinin maddi, mənəvi və cəza təzminatının ödənilməsinə qərar verib.
News24.az xəbər verir ki, Cəmşid Şarmehd adlı alman vətəndaşının lideri olduğu deyilən ABŞ-da yerləşən rejim əleyhdarı və monarxiya tərəfdarı təşkilat 2008-ci il aprelin 12-də Şiraz şəhərində 14 nəfərin ölümü ilə nəticələnən terror aktını təşkil etməkdə ittiham olunur. ABŞ Hökumətinin təşkilata dəstək verdiyi iddiasıyla 2 milyard 478 milyon dollar təzminat cəzasına məhkum edilib.
İran Kəşfiyyat Nazirliyi ikili İran-Almaniya vətəndaşı olan və 2003-cü ildən ABŞ-da yaşadığı bilinən Şarmehdin 2020-ci ilin iyulunda xaricdə tutularaq ölkəyə gətirildiyini açıqlayıb.
Qeyd edək ki, Şarmehd 2023-cü ilin fevralında mühakimə olunduğu Tehran İnqilab Məhkəməsi tərəfindən "terror aktlarını planlaşdırmaq və yönləndirmək yolu ilə yer üzündə korrupsiyaya səbəb olmaq" ittihamı ilə ölüm cəzasına məhkum edilib.
Almaniya Xarici İşlər Nazirliyi Şarmehdə qarşı çıxarılmış edam hökmünün ləğv edilməsini tələb etmişdi və onu "özbaşınalıq" adlandırmışdı.
Günel Məlikzadə