Rusiya bu ölkələrə qarşı sanksiyalar tətbiq etdi
    • 12-03-2024, 18:40
    • 233

Rusiya bu ölkələrə qarşı sanksiyalar tətbiq etdi

Rusiya Xarici İşlər Nazirliyi Latviya, Litva və Estoniyadan olan 347 vətəndaşın ölkəyə girişinə qadağa qoyub.

News24.az xəbər verir ki, bu barədə diplomatik departamentin mətbuat xidməti məlumat yayıb. 

Onun tərkibinə nazirlər, parlament üzvləri, ictimai xadimlər və jurnalistlər daxildir.

Xarici İşlər Nazirliyinin dərc etdiyi stop siyahısına Estoniyanın Baş naziri Kaja Kallas və Latviyanın Baş naziri Evika Silina daxildir. Rusiya sanksiyaları xarici işlər, müdafiə nazirləri, silahlı qüvvələrin baş komandanları, idarə rəisləri və keçmiş prezidentlərə də təsir edib. Məlumata görə, onların siyahıya salınmasına səbəb, “Baltikyanı ölkələrin Rusiyaya qarşı düşmənçilik siyasəti” və onu istənilən vaxt genişləndirməyə hazır olduğu bildirilib.

Qeyd edək ki, Rusiya sonuncu dəfə fevralın 23-də Avropa sanksiyalarının 13-cü paketinə cavab olaraq stop siyahısını genişləndirmişdi . Onun tərkibinə Avropa Şurasının nümayəndələri, Aİ ölkələrinin qanunvericilik assambleyalarının üzvləri, ATƏT Parlament Assambleyasının və Avropa Şurası Parlament Assambleyasının iştirakçıları, Rusiya rəhbərliyinə qarşı “tribunalın” yaradılmasında iştirak edən şəxslər, hüquq nümayəndələri daxil idi. 

Mehriban Mirzəzadə