Rusiya kanadalı məmurlara sanksiya tətbiq etdi
    • 27-06-2022, 15:56
    • 529

Rusiya kanadalı məmurlara sanksiya tətbiq etdi

Rusiya Kanadanın qadağalarına cavab olaraq bu ölkənin 43 vətəndaşına sanksiya tətbiq edib.

News24.az Mid.ru-ya istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

Qeyd olunur ki, rəsmi Moskvanın sanksiya siyahısına Kanadanın federal və regional səviyyədə olan məmurları və onların ailə üzvləri daxil edilib.

Xatırladaq ki, bu ilin may ayında Kanada iki dəfə Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq edib.

Sanksiyalar Vladimir Putinə yaxın olduğu iddia edilən 14 rusiyalı sahibkara, eləcə də onların ailə üzvlərinə təsir edib. Bundan əlavə, Rusiya ilə dəbdəbəli malların ticarətinə qadağa qoyulub və Rusiya Federasiyasına kompüter avadanlıqlarının idxalı da dayandırılıb.